​ABŞ-la Hindistan Pakistana qarşı birləşdi – Boltonla razılaşma

Baxış sayı:
7480

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla onun hindistanlı həmkarı Adcit Doval arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Pakistan ərazisində terrorçuların gizlənməsi praktikasına qarşı birgə mübarizə barədə razılaşıblar. Telefon danışığının təşəbbüskarı Amerika tərəfi olub.
Tərəflər həmçinin Pakistanın BMT qətnamələrinin icrası üçün məsuliyyət daşıdığı barədə müzakirə aparıblar. Bolton Davola Hindistanın özünümüdafiə haqqını ABŞ-ın tanıdığını bildirib.
Qeyd edək ki, bundan öncə Hindistanın Cammu və Kəşmir ştatında terakt törədilib. Terakt nəticəsində 45 nəfər həlak olub. Rəsmi Dehli baş verənlərə görə "Ceyş ül-Məhəmməd" terror təşkilatının günahkar olduğunu və bütün məsuliyyətin Pakistan üzərinə düşdüyünü bəyan edib.