ABŞ-la Almaniya arasında “Türkiyə” gərginliyi

Baxış sayı:
5266

ABŞ-ın iki Amerika vətəndaşını öldürməklə günahlandırdığı Adəm Yılmazı  rəsmi olaraq ekstradisiya tələb etməsinə baxmayaraq bir Alman məhkəməsinin onu Türkiyəyə verməsi ABŞ-ı qəzəbləndirib.
 
Vaşinqtondakı görüşdən sonra ABŞ-ın ədliyyə naziri vəkili Matt Whitaker mövzuyla əlaqədar sərt bir açıqlama yayımlayaraq Almaniyanı, "Adəm Yılmazı Türkiyəyə təyyarəyə mindirərək ədalətdən qaçmasına" icazə verməkdə günahlandırıb.
Whitaker, "Almaniyanın təhlükəli bir terrorçunu, iki Amerikan əsgərini öldürülməsinə görə ədalətlə üzləşməsi üçün onu ABŞ-a ekstradisiya etmək yerinə, Türkiyəyə deportasiya etmə qərarından ötəri ciddi bir xəyal qırıqlığı içərisindəyik" deyə öfkəsini yazıya töküb.
Müxalifət.az