ABŞ-ın “Kuba” qərarına Avropa Birliyindən təpki!

Baxış sayı:
4681

 Avropa Birliyi ABŞ-ın Kubada biznes və digər iş fəaliyyəti göstərən əcnəbilərə cinayət işi açılmasını təmin edəcək Helms-Börton Qanununu qüvvəyə qoymasından "dərin üzüntü" duyulduğunu açıqlayıb.
 
Qərarın Aİ-ABŞ arasında 1997 və 1998-ci ildə əldə edilən anlaşmalarda öhdəliklərin pozuntusu olduğuna diqqətin yetirildiyi açıqlamada, "Avropa İttifaqı ABŞ-da Helms-Börton Qanununun qüvvəyə minməsindən dərin üzüntü duyur" deyə qeyd edilib.
 Açıqlamada, sözügedən qanunun lüzumsuz münaqişəyə səbəb olacağı, Transatlantik tərəfdaşlığının inam və etimadına zərər verəcəyi qeyd edilib.
 
Beynəlxalq hüquqa ziddir
 
 Kuba ilə bağlı birtərəfli və sərhəddən kənar tədbirlərin həyata keçirilməsinin “beynəlxalq hüquqa zidd" olduğu bildirilən açıqlamada, Aİ-nin də Kuba ilə bağlı ABŞ cəzalarını tətbiq edən hər hansı bir məhkəmə qərarını tanımayan “Mane Olma” Qanununun dövrəyə buraxması və Dünya Ticarət Təşkilatındakı (DTÖ) hüquqların istifadə edilməsi kimi lazımi bütün addımları atacağı ifadə edilib.
Qeyd edək ki, ABŞ Xarici İşlər naziri Mayk Pompeo ötən günlərdə, Kubada 1959-da edilən inqilabdan sonra ölkədəki Amerikalıların əlindən alınan mal varlıqlarını işlədən xarici firmaların ittiham edilməsinin önündəki qadağa 2 maydan etibarən qaldırılacağını açıqlamışdı.
Müxalifət.az