ABŞ kəşfiyyatının casus tarlası: Türkiyəyə sızma təşəbbüsü

Baxış sayı:
1132

ABŞ, Suriyanın şimal və şərqində məlumat casus şəbəkəsi yaradılması fəaliyyətlərinə sürət verib. Suriya Kəşfiyyatının (Əl Yazış) keçmiş rəhbərlərindən Əhməd Cabir, “Yeni Şəfəq” qəzetinə verdiyi açıqlamada, Hasəkə, Rakka, Deyrizor, Münbiç, Eyn əl-Arab və Tel Abyadda Amerikalıların son 2 ildə 3 mindən çox “xəbər işçiləri” adı ilə insanları casus şəbəkəsinə cəlb edib.
 
 Cabirə görə, ABŞ, 5-ci kolon fəaliyyətində istifadə edəcəyi şəxsləri müəyyənləşdirmək üçün yardım təsisatlarını və kilsələri istifadə edir. Cabir, bölgəyə səhiyyə işçisi, yardım/təhsil könüllüsü, kənd təsərrüfatı mütəxəssisi, din işçisi kimi sifətlərlə gələn Mərkəzi Kəşfiyyat İdarəsi mütəxəssislərini 70-dən çox Mossad casuslarının müşayiət etdiyini qeyd edib. Həm casusların, həm də onların yığdığı xəbər müxbirlərindən bir qisminin əməliyyat üçün Türkiyəyə sızmaq istədiyinə diqqət çəkən “Əl Yazış”-ın keçmiş rəhbəri Cabir, bu məlumatları verib:
 
SƏRHƏDDƏ ÖLDÜRÜLDÜLƏR
 
“Qəndil bölgəsi və sərhəd xəttində son TSQ bombardmanlarında Türkiyəyə sızmaq məqsədilə regiona gələn 10-dan çox Qərb casusu da öldürülüb. Afrin, İdlib, Cerablus, Bab və Azezə xüsusi əhəmiyyət verirlər. PKK-dan qaçan vətəndaşların arasına casuslarını yerləşdirərək bölgəyə göndərirlər. Əlavə olaraq müxaliflərə qarşı olan insan və ailələri Əsədin kəşfiyyatından da dəstək alaraq bu casus  şəbəkəsinə daxil edirlər. Əvvəllər yardım könüllüsü və jurnalist kimi “maskalar” altında bu fəaliyyətləri davam etdirirdilər. Hazırda Afrin, İdlib və “Fərat Qalxanı” bölgələrində baş verən bütün bombalı aksiyalar məhz bu PKK-ABŞ-ın idarə etdiyi müxbir şəbəkəsinin verdiyi məlumat və maddi-texniki dəstək sayəsində baş verir.
 
KƏŞFİYYAT BATAQLIĞI
 
Bölgəyə qarşı kəşfiyyat toplama məsələsində ABŞ və İsrail liderdir. Fransa, Danimarka, Böyük Britaniya, Niderland və Kanada kimi ölkələr də fəaldır. İŞİD-ə qarşı döyüşmək üçün gətirilən döyüşçü görünüşlü Qərblilərin bir çoxu müxtəlif ölkə kəşfiyyatına mənsub casuslardır. Sahədə müəyyən əlaqələr qurdular və mühüm bir qismi hələ də regionla əlaqələrini kəsmədi. Bu müxbirlər arasında 200-dən çox Qərbli, regiondankı qadınlarla izdivac etdi. İraq və Suriyada toplam 10 minə yaxın casus var və bu region hazırda tam bir kəşfiyyat bataqlığına çevrilib".


 
KİLSƏ VƏ KURSLAR MƏRKƏZDƏ
 
 “Yeni Şəfəq”ə açıqlama verən Eyn əl-Arabda doğulan Usame Müslim, Hasəkə, Tel Abyad, Rəsul Eyn, Qamışlı və Münbiç başda olmaqla, bütün PKK regionlarına xarici casusların yayıldığını söyləyib. Qərblilərin təhsil görüntüsü altında məktəb və kurslar ilə kilsələr açdığını ifadə edən Müslim, "Buralarda xidmət edənlərin hamısı missioner və xüsusi xidmət əməkdaşlarıdır" – deyib.
 

PKK-ya Predator İHA
 
Keçmiş “Əl Yazış” rəhbəri Əhməd Cabir, Amerikalıların PKK-ya inkişaf etmiş İHA sistemləri verdiyini söyləyib. Cabir, "Münbiç, Eyn Dadad, Cerablus və Tel Abyad bölgələrində TSQ-nin bütün hərəkətliliyi ABŞ tərəfindən PKK-ya ötürülür. Son bir illik prosesdə ABŞ ciddi sayda Predatoru (insansız hava vasitəsi) PKK-ya təslim etdi. Sərhəd boyu və Münbiç cəbhələrində PKK-lılar bu İHA-ları istifadə edir. İŞİD-in şüurlu olaraq yox edilmədiyi Hejin bölgəsinə isə bu İHA-lar heç göndərilmədi" deyə, söyləyib.
Müxalifət.az