ABŞ KƏŞFİYYATINDAN XƏBƏRDARLIQ: "Rusiya yenə seçkilərə müdaxilə edəcək"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Rusiyanın seçkilərə müdaxilə etməkdə davam edəcəyini bildirib.
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Pompeo Senatın kəşfiyyat məsələlərinə dair  komitəsində  çıxışı zamanı bildirib.
 Onu fikrincə, Rusiya 2018, 2020-ci ildə də müdaxilə edəcək.
 “Düşünürəm ki, biz bundan  nəticə çıxaracağıq və bunu daha uğurla adlaya biləcəyik”, - deyə Pompeo bildirib. 
 Qeyd edək ki, 2016 ildə Barak Obama seçkilərə müdaxilə etdiyinə görə Rusiyanın 9 şirkətinə qarşı sanksiya tətbiq edib.