ABŞ kəşfiyyatından Putin-Ərdoğan açıqlaması!

Baxış sayı:
4867

ABŞ Müdafiə Kəşfiyyat Təşkilatının (DIA) direktoru Robert Aşley, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edərkən Rusiya prezidenti Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan arasında Soçidə baş tutan görüşün, Suriyadakı münaqişənin həlli üçün ümidverici olduğunu bildirib.
 
Təxminən 20 müxtəlif qrup və təşkilatın yerləşdiyi İdlibdəki vəziyyəti "qaynayan qazan” kimi səciyyələndirən Aşley, İdlibdə mümkün hərbi əməliyyatın uzun perspektivdə əhalinin dərdlərini ağırlaşdıracağı barədə ABŞ-ın mövqeyini təsdiq edib.
 
GRUPLAR ARASINDA DİALOQU VƏ ƏMƏKDAŞLIĞI GÖRMƏK İSTƏYİRİK
 
Amerikalı səlahiyyətli, “Sülh axtarışı istiqamətində müxtəlif qruplar arasında dialoqu və əməkdaşlığı görmək istəyirik" deyə, əlavə edib.
Müxalifət.az