ABŞ-ın Kərkükdəki bazasında 400 nəfərin meyiti tapıldı – İŞİD QURBANLARI, YOXSA...?

ABŞ-ın İraqın Kərkük şəhərində yerləşən keçmiş hərbi bazasında İŞİD-in qurbanı olmuş 400 nəfərin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İordaniyanın “Petra” agentliyinə Kərkük polisindən bildirilib.
Məlumata görə, öldürülən şəxslərin əksəriyyəti cavan və yaşlı kişilərdir.  Araşdırmalara başlanılıb.