​ABŞ-ın kosmosu izləyən hərbi bazası TƏHLÜKƏDƏ

Baxış sayı:
4354

ABŞ-ın Marşal adalarındakı hərbi bazası suyun altında qalmaq təhlükəsi ilə üzləşib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.
Söhbət Marşal adalarındakı Reyqan sınaq poliqonundan gedir. Burada hazırda 1250 hərbçi xidmət edir. Hərbçilər radar sistemi vasitəsilə Yeri tərk edən kosmik aparatları və eyni zamanda düşmən raketlərini izləyirlər.
Adanın dəniz səviyyəsindən maksimal hündürlüyü 1,8 metr təşkil edir.
Beynəlxalq araşdırma qrupunun fikrincə, qlobal istiləşmə nəticəsində suyun səviyyəsinin qalxması Sakit okean hövzəsindəki obyektlər üçün təhlükə yaradır.
Alimlərin hesablamalarına görə, kritik dövr 2030-2050-ci illərdə gözlənilir. Qasırğaların yaratdığı subasmalar nəticəsində adada içməli su mənbələri yararsız hala düşəcək.