​ABŞ kosmosda müharibəyə hazırlaşır

Baxış sayı:
7387

ABŞ kosmosda müdafiə imkanlarının maliyyələşdirməsini genişləndirir və kosmosda müharibə istəməsə də, ona hazır olmalıdır.
Muxalifet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makmaster bildirib.
“İndi kosmos yer, dəniz və hava ilə yanaşı hərbi domenə çevrilib və biz münaqişələri kosmosa çıxarmağı istəməsək də, Birləşmiş Ştatlar belə bir halın baş verəcəyinə hazır olacaqlar”, - deyə, Makmaster ABŞ Milli Kosmik Şurasının iclasında bildirib.
Makmasterin qeydlərinə görə, kosmik məkanda gərginlik ABŞ-ın “düşmənlərinin” günahı ucbatından baş verir. Lakin o, konkret ölkə adlarını çəkməyib.
Prezidentin müşaviri bildirib ki, Donald Trampın 2019-cu il üçün təklif etdiyi büdcə layihəsi kosmik müdafiə imkanlarının 1 milyard, qarşıdakı 5 ildə isə 8 milyard dollardan çox artırılmasını nəzərdə tutur.