ABŞ Koreya müharibəsinə hazırlarşır?

Şimali Koreya probleminin hərbi yolla həllinə hazır olmalıyıq.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis ordu birliyinin illik toplantısında çıxışı zamanı deyib.
O, hazırda geosiyasi durum olduqca qarmaqarışıq olduğunu vurğulayıb:
“ABŞ ordusu bir şeyə görə hazırlıqlı olmalıdır. Siz, lazım gəldikdə dövlət başçısının hərbi əməliyyatlarla bağlı təlimatını yerinə yetirməlisiniz. Hazırda ölkəmiz diplomatik səyləri gücləndirir. Beynəlxalq birlik artıq öz sözünü deyib”.