ABŞ Konqressi Rusiyanın G-7 Sammitində iştirakına VETO QOYDU

Baxış sayı:
8837

Konqresmen Albio Sayres xəbər verib ki, ABŞ Konqresnin nümayəndələr palatasının xarici işlər Komitəsi Rusiyanın G7 sammitlərində iştirak etməsinə qarşı qətnamə qəbul edib. Muxalifet.az vz.ru-ya istinadla bu barədə xəbər verir. Qətnamə yekdilliklə qəbul olunub. Konqresmenlər bəyan ediblər ki, Rusiya “qonşuluğunda olan dövlətlərin ərazi bütövlüyünə hörmət edib, tanımayana və demokratik dəyərlərə əməl etməyənə qədər G-7 sammitlərində iştirak etməsin”, RİA Novosti xəbər verir. Həmçinin konqersmenlər “Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini” və “Kremlin bütün dünyada demokratik cəmiyyətlərə hücumunu pisləyir”. Komitə üzvləri G-7 liderlərini ”Krımı Ukraynanın nəzarətinə verməyənə qədər və demokratiyaya hücumlarına son qoymayana qədər Rusiyanın qayıtmağına” icazə verməməyə çağırıb. Muxalifet.az