​ABŞ Konqresinin yeni üzvü: “Ermənilərin səsi olacağam”

Baxış sayı:
646

ABŞ Konqresinə yeni üzv seçilmiş Antono Brindis senatdakı fəaliyyəti dönəmində “ermənilərin səsi” olacağını bildirib.
O, erməni əsilli olduğunu etiraf edib.
Antoni Brindis deyib: “Nənəm Edesiyada ermənilərə qarşı baş verən soyqırımdan möcüzəli şəkildə xilas oldu. Nənəm Suriyanın Hələb şəhərində doğulub. Daha sonra ABŞ-a köçüb. Nənəm və ailəsi Amerikaya iş üçün gəlib. Əlbəttə, erməni köküm avtobioqrafiyamın əsas hissəsidir”.
Ermənilərdən ona böyük dəstəyin verildiyini və buna görə də, ermənilərlə işbirliyində çalışacağını bildirib:
“Erməni icması ilə işləyəcəyəm. Vaşinqtonun erməni soyqırımını tanıması üçün əlimdən gələn hər şeyi edəcəyəm. Fəaliyyətim dönəmində ermənilərin səsi olmağı planlaşdırıram”. Teleqraf/