ABŞ Konqresinin PYD ÜSYANI

Baxış sayı:
4186

Türkiyənin bütün israrlarına və təqdim etdiyi dəlillərə baxmayaraq terror təşkilatına dəstək verməyi davam etdirən Tramp rəhbərliyinin Suriya siyasəti, ABŞ Konqresini narahat etməyə başlayıb.
 
Türkiyənin Azad Suriya Ordusu (ASO) ilə birlikdə yürttüyü “Zeytun Budağı” Hərəkatı qətiyyətlə davam etdirilir. Meydançada hərbi uğur yeridən Türkiyə, bürokratiyada da müttəfiqlərini terror təşkilatlarına qarşı xəbərdar edərək terrora qarşı fəal mübarizəsini davam etdirir.
Türkiyənin bütün israrlarına və PYD/YPG-nin PKK-nın davamı olduğuna yönəlik təqdim etdiyi bütün dəlillərə baxmayaraq terrorçulara açıq dəstək verməkdən əl çəkməyən Tramp rəhbərliyi, artıq ABŞ Konqresini də narahat etməyə başlayıb.
ABŞ Konqresində son günlər yüksələn səslər, "Wahingtonun Suriyadakı Amerika hərbi varlığını qoruma planı" və Tramp rəhbərliyinin ümumi Suriya siyasətini ağır bir dillə tənqid edir.
Xüsusilə Pentaqonu hədəf taxtasına oturdan konqres üzvləri, PYD/PKK-nın uğursuzluqlarına baxmayaraq İŞİD-in geri dönüş təhlükəsi ritorikasına sarılıb, hazırda davam etdirilən dəstəyə duyduqları narahatlıqları ifadə edirlər.
Müxalifət.az