ABŞ Konqresindən Səudiyyə Ərəbistanı həmləsi!

Baxış sayı:
5848

ABŞ Konqresinin Nümayəndələr Palatasında, Qaşıqçı hadisəsi ilə əlaqədar Səudiyyə Ərəbistanına bütün silah satışlarının və yardımların dayandırılması üçün qanun layihəsi təqdim olunub.
 
ABŞ-da Nümayəndələr Palatasının Massaçusets ştatından olan vəkili Cim Mcgovern, Səudiyyəli jurnalist Camal Qaşıqçı hadisəsi ilə bağlı Səudiyyə Ərəbistanına bütün silah satışlarının və yardımların dayandırılması üçün parlamentə qanun layihəsi təklif etdiyini açıqlayıb.
Demokrat vəkil, Nümayəndələr Məclisinə rəsmən təqdim etdiyi qanun layihəsilə bağlı açıqlamasını Twitter hesabından edib.
Mcgovern, açıqlamasında "Nazir Pompeo, Səudiyyə Ərəbistanı hökumətinin Camal Qaşıqçı-nın ortadan itməsi və ya öldürülməsinə dair əmr və ya göstəriş vermədiyini sübut edənə qədər Səudiyyə Ərəbistanına bütün hərbi yardım və satışların qadağan edilməsi üçün Nümayəndələr Məclisinə qanun layihəsini rəsmən təqdim etdim" deyə qeyd edib.
Nümayəndələr Məclisinə təqdim olunan layihənin mahiyyəti hələ ictimaiyyətə bəlli olmasa da, layihəyə bu ana qədər 6 Demokrat və 2 Respublikaçı nümayəndənin də dəstək verdiyi qeyd olunub.
Müxalifət.az