ABŞ Konqresindən Qaşıqçı cinayəti ilə bağlı birmənalı açıqlama: “Qətl əmrini vəliəhd şahzadə verib”

Baxış sayı:
1510

Qaşıqçının qətli ilə bağlı bir sıra Konqres üzvləri açıqlama verib.
 
Kaliforniya nümayəndəsi Demokrat Adam Schiff, “İran bizim düşmənimizdir və Səudiyyə Ərəbistanı, İrana qarşı olduğu üçün bizim üçün əhəmiyyətlidir. Amma bu, Səudiyyə Ərəbistanını bizim dostumuz etməz, dostlarımız jurnalist öldürməz” deyə söyləyib.
“NBC News” kanalına danışan senator Qrehem, MKİ-dən Qaşıqçı cinayəti ilə bağlı rəsmi açıqlama almadığını bildirərək, "İlk gündən etibarən 15 və ya daha artıq adamın vəliəhd şahzadənin məlumatı və əmri olmadan təyyarəyə minib, Türkiyəyə gedib, vəliəhd şahzadənin əhəmiyyətli bir müxalifətçisini doğrayacağına inanmıram" deyib.
Qrehem, Səudiyyə Ərəbistanı və vəliəhd şahzadə haqqında bir qədər məlumatı olan birinin, Qaşıqçı cinayətinin bin Salmandan xəbərsiz törətdilməyəcəyini bildirərək, bunları dilə gətirib:
“Əgər Səudiyyə Ərəbistanının yeni üzü və səsi  vəliəhd şahzadə bin Salman olacaqsa, Krallıq qlobal sahədə çox çətin vaxtlar keçirəcək. Onlar (Səudiyyə Ərəbistanı) mühüm müttəfiqlərdir, amma varis şahzadəyə gəlincə, o irrasional, balanssız biridir və ABŞ ilə Səudiyyə Ərəbistanı əlaqələrinə çox böyük zərər verdiyini düşünürəm və onunla bir daha heç vaxt işləməyə niyyətim yoxdur".
 
QAŞIQÇI CİNAYƏTİNİN ƏMRİNİ MƏHƏMMƏD BİN SALMAN VERDİ
 
Arizona ştatının Respublikaçı senatoru Cef Flake, ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanını "möhtəşəm müttəfiq" olaraq adlandırmasını tənqid edərək, Qaşıqçı-nın ölüm əmrini vəliəhd şahzadənin verdiyini və ABŞ-ın gec ya da tez  bu həqiqətlə qarşı-qarşıya qalacağını deyib.
CNN-ə danışan senator Flake, ABŞ-ın xarici siyasətinin bütün dünyada Amerikan dəyərlərinə paralel olaraq aparılması lazım olduğunu vurğulayaraq, bunları qeyd edib:
“Əlbəttə real siyasətin fərqindəyik və dünyanı görmək istədiyiniz kimi deyil, olduğu kimi qəbul etməlisiniz. Bu özünü mütləq göstərir və həqiqətlərlə üzləşmək məcburiyyətindəsiniz. Burada (Qaşıqçı cinayəti) həqiqət odur ki, vəliəhd şahzadənin bu cinayətə dəxli var, yəqin ki, varis şahzadə bunun əmrini verdi çünki belə görünür. Dolayısıyla, bunu azdıraraq və möhtəşəm müttəfiq deyərək keçə bilməzsiniz".
Səudiyyə Ərəbistanının Yəməndə səbəb olduğu vətəndaş qırğınlarını da tənqid edən Flake, ölkəsinin gec-tez Qaşıqçı məsələsində bir nöqtəyə gələcəyini dilə gətirib.
Kaliforniya ştatı təmsilcilərindən Demokrat Ted Lieu, Twitter üzərindən etdiyi açıqlamada, Xarici İşlər Nazirliyinin, MKİ brifinqinə qarşılıq etdiyi, "ABŞ hökumətinin yekun nəticəyə gəlmədiyini qeyd edən açıqlama doğru deyil" açıqlamasını tənqid edərək, bunları qeyd edib:
“Sevgili Xarici İşlər Nazirliyi, Səudiyyə 17 gün ərzində Qaşıqçı-nın öldürülməsi ilə bağlı sizə yalan söylədi. Sonra hekayələrini dəfələrlə dəyişdirdilər. Həqiqətən siz, MKİ-yə deyil, Səudiyyəlilərəmi güvənəcəksiniz? Sizin işiniz ABŞ-ı təmsil etməkdir, Səudiyyə Ərəbistanını deyil".
Müxalifət.az