ABŞ Konqresində Şok Layihə: “BMT-dən ÇIXAQ”

Baxış sayı:
9331

Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi ölkənin Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxması ilə bağlı bir qanun layihəsi hazırlayıb. Layihə Daxili Təhlükəsizlik Komitəsinin rəhbəri Mayk Rocers tərəfindən hazırlanıb. Sənəd qanunverici məclisin rəsmi internet saytında dərc olunub.
 
 2017-ci ilin yanvar ayında BMT-dən çıxmaqla bağlı oxşar bir sənəd təqdim edən Alabama ştatından Nümayəndələr Palatasının üzvü, respublikaçı Mayk Rocersin təşəbbüsü rədd edilmişdi. Ancaq BMT-nin Vaşinqton üçün bir fəlakət olduğu məsələsində inadkarlığını davam etdirən Rocers, məsələni yenidən gündəmə gətirib. Rocers sülhü qoruma missiyalarına qoşulmaqla yanaşı, təşkilatın büdcəsinə töhfə payı ödənməməsi lazım olduğunu bildirir.
 
BMT bir fəlakətdir
 
 ABŞ Konqresinin 116-ci sessiyasına təqdim olunan və sonra yayılan sənəddə Rocersin bu ifadələri yer alıb:
"Birləşmiş Millətlər Təşkilatı ABŞ üçün bir fəlakətdir. Ayrılan büdcə ölkəmizin illik büdcəsinin 20 faizindən çoxunu təşkil edir. BMT ən yaxın müttəfiqimiz olan İsrail və Amerika ideallarına hücum etməyə davam edir" deyib.
Hazırlanan layihədə, BMT-nin mərkəzinin Nyu-Yorkda olmasına yönəlik müqavilənin də pozulması tələb edilib. Həmçinin sülhməramlı qüvvə kimi hərbi əməliyyatlar üçün də fond ayrılmamasının lazım olduğu qeyd olunub. Təqdim olunan sənəd qanunvericilik prosesinin ilk mərhələsindədir. Layihə komitədə müzakirə edildikdən sonra Nümayəndələr Palatası və Senata göndəriləcək.
Müxalifət.az