ABŞ Konqresinə hücum planı

Terror planlaşdırmaqda şübhəli bilinən şəxsi FTB ələ keçirib

Federal Təhqiqat Bürosunun (FTB – ing. “FBI”) əməkdaşları Ohayo ştatında ABŞ konqresi binasına silahlı hücum təşkil etmək istəyən şəxsi saxlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbər çərşənbə günü məhkəmə sənədlərində dərc edilib.

Xəbərdə bildirilir ki, kristofer Li kornel adlı vətəndaş İŞİD terror qruplaşmasını dəstəkləyən fəallardan biridir və qruplaşmaya qoşulmağı düşünürmüş.

O, Konqres binasına daxil olaraq əldəqayırma qurğunu işə salmaq və konqresmenlərə atəş açmaq fikrində olub.

Qeyd edək ki, şəxsin “tvitter” səhifəsində də ektremist tvitlər yazdığı bildirilir.