ABŞ Konqresi üçün yarışacaq ilk Müsəlman qadın

Baxış sayı:
2749

44 yaşlı Tahirah Amatul-Wadud, İlk Müsəlman qadın olaraq Amerika Konqresində yarışacaq.
 
Amerikada yaşayan yeddi uşaq anası bir vəkil, cəmiyyət aktivisti 44 yaşlı Tahirah Amatul-Wadud ağların və Katoliklərin çoxluqda olduğu bir bölgədə Amerika Konqresi üçün seçkilərdə yarışacaq İlk Müsəlman qadın olacaq.
Wadud, Qərbi Massaçusettsdə insanları daha yaxşı təmsil etmək və maddi çətinliklər səbəbindən əlavə iş görmək məcburiyyətində qalan insanların yaşadığı cəmiyyətdə onların həyatlarını müsbətə doğru dəyişdirmək istəyir.
Daim Müsəlman kimliyi və hicabı ilə gündəmə gəlmək istəməyən Wadud, hədəflərinin dünyəvi olduğunu və inancının isə "öz içindəki doğma qüvvəni tapdığı yer" olduğunu ifadə edir.
Beş namizəddən biri olan Wadud, Konqresdə noyabr ayındakı ara seçkilərində yarışacaq ilk Müsəlman qadın olacaq. Uğurlu olsa, Wadud, eyni zamanda öz bölgəsinin də ilk qadın və ilk Afrikalı Konqres üzvü olacaq.
Müxalifət.az