ABŞ Konqresi Trampın planını araşdıracaq

Baxış sayı:
6847

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Tramp administrasiyasının Səudiyyə Ərəbistanına "son dərəcə həssas" nüvə texnologiyasını transfer etmək planına araşdırma başladıb.
 
Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Elijah E. Cummings etdiyi açıqlamada, Səudiyyə Ərəbistanına nüvə texnologiysının transferi ilə əlaqəli istintaq başladıldığını ifadə edərək söz mövzusu texnologiya transferi ilə bağlı bir hesabat paylaşıb.
Bəzi müxbirlərin verdiyi məlumat və sənədlərə əsaslanaraq hazırlanan hesabatda, Səudiyyə Ərəbistanına nüvə texnologiya transferi və nüvə stansiyası şəbəkəsi qurma planının Trampın kürəkəni və məsləhətçisi Jared Kuşner tərəfindən idarə olunduğu və keçən həftə Ağ Evdə reallaşan bir yığıncaqda müzakirə edildiyi irəli sürülüb.
Cummings Tramp rəhbərliyinin "son dərəcə həssas" nüvə texnologiyasını Səudiyyə Ərəbistanına transfer etmək planı ilə əlaqədar Konqres ilə müzakirə etmədiyini söyləyib.
Transferin qarşıdurmaları yaradaraq Amerikan milli təhlükəsizliyini təhlükəyə ata biləcəyinə diqqət çəkən Cummings, hesabatda iddia edilənlərə bağlı Ağ Evə məktub yazaraq plana və danışıqlara dair bütün məlumat və sənədlərin komissiyaya göndərilməsini istədiklərini qeyd edib.
Hesabatda, Səudiyyə Ərəbistanına nüvə texnologiya transfer planının dayandırılması çağırışına Tramp rəhbərliyinin qulaq asmadığı ifadə edilib.
Müxalifət.az