ABŞ Konqresi Trampa 4 ay vaxt verdi

Baxış sayı:
4687

ABŞ Konqresinin Nümayəndələr Palatasından 40-dan çox vəkil, Qaşıqçı hadisəsini "Qlobal Magnitsky İnsan Haqları Məsuliyyət Qanunu" çərçivəsində araşdırması üçün Trampa bir məktub göndərib.
 
“Sağlam dəlillər, Səudiyyə Ərəbistan rəhbərliyinin, Camal Qaşıqçı-nın öldürülməsi və bədəninin parçalanması göstərişini verdiyi şəklində görünür" İfadəsi ilə başlayan məktubda Trampa hərəkətə keçməsi çağırışı edilib.
Məclis üzvləri məktubda, “Qlobal Magnitsky İnsan Haqları Məsuliyyət Haqqında Qanun” çərçivəsində (Qaşıqçı hadisəsində) "ifadə azadlığı hüququndan istifadə edən bir adama qarşı qanunsuz edam, işgəncə və digər ağır insan haqları pozuntularının" olub olmadığının Tramp rəhbərliyi tərəfindən müəyyən olunmasını tələb edib.
 
4 AY ƏRZİNDƏ HESABAT TƏQDİM ETMƏK MƏCBURİYYƏTİNDƏDİR
 
Məktubda, Tramp rəhbərliyinin ABŞ Konqresinə 120 gün ərzində (4 ay) bu barədə bir hesabat təqdim etməsi tələb edilərək, müvafiq xarici şəxs və ya şəxslərə buna görə sanksiya tətbiq olunacağı qeyd edilib.
Sözügedən məktubda, "Pulun ədalət və digər Amerika dəyərlərindən daha əhəmiyyətli olduğu istiqamətindəki açıqlamanıza olduqca narahat olduq" ifadəsi də yer alıb.
Bundan başqa, Amerika kəşfiyyatının, Qaşıqçı hadisəsi ilə əlaqəsi olan Səudiyyə rəsmiləri haqda kəşfiyyat məlumatına malik olub olmadığı və əgər olubsa, bunların ABŞ Konqresinə bir an əvvəl təslim edilməsi çağırışı da məktubda yer alıb.
 
GÜCLÜ VƏ ƏHATƏLİ SANKSİYA ÇAĞIRIŞI
 
Məktubu, "Əgər sürətli araşdırmanız və gələcəyiniz nəticə, bu dəhşətli əməllə bağlı mediada yer alan xəbərlərlə üst-üstə düşərsə, o zaman (əlaqədar şəxs və ölkəyə) güclü və əhatəli sanksiya çağırışı edirik" sözləri ilə bitirən vəkillər, həmçinin ABŞ-ın Yəmənə müdaxiləsinə bir an əvvəl son verməsi çağırışında da olub.
Qeyd edək ki, ötən həftə də ABŞ Senatı Trampa xitabən belə bir məktub göndərmiş və Qaşıqçı hadisənin Magnitsky Qanun çərçivəsində araşdırılmasını tələb etmişdi.
Müxalifət.az