ABŞ-ın Konqres üzvləri Quran-a əl basaraq and içib

Baxış sayı:
6205

ABŞ-da 6 noyabr ara seçkilərində qalib gələn Nümayəndələr Palatası və Senat üzvləri and edərək Konqresin 116-ci dövründəki vəzifələrinə rəsmən başlayıb.
 
Müsəlman Məclis üzvləri Fələstin əsilli Müsəlman Raşida Tlaib və Minnesota ştatından Somali əsilli Elxan Omar 1734-də ingilis dilinə tərcümə edilən və ABŞ-ın qurucularından Tomas Jefferson-a aid Quran-i Kərimə əl basaraq and içib.
ABŞ-ın 2016-cı il prezident seçkilərində namizəd olan Vermont ştatının senatoru Bernie Sanders də Omarın ofisinə təbrik ziyarətinə gəlib.
İlk olaraq demokrat vəkil Nancy Pelosinin Nümayəndələr Palatasının sədri seçildiyi mərasimdə aralarında Miçigan ştatından Nümayəndələr Məclisinə seçilən Fələstin əsilli müsəlman Raşida Tlaib və Minnesota ştatından Somali əsilli müsəlman Elxan Omarın da olduğu 435 üzv and içib.
Müxalifət.az