ABŞ koalisiyası Suriyadakı yeni hədəfini AÇIQLADI

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyadakı yeni hədəfi barədə açıqlama verib.
 
Rakka şəhəri azad edildikdən sonra İŞİD terror qruplaşması liderlərinin əsas hissəsi Deyr-əz-Zor vilayətinin Əbu-Kamal şəhərinə yığışıb. Məhz bu şəhər koalisiyanın yeni hədəfi olacaq. Məlumatı koalisiyanın rəsmi nümayəndəsi polkovnik Rayan Dillon verib.
Polkovnik deyib: "Biz "Suriya demokratik qüvvələri" ilə əldə etdiyimiz uğurları möhkəmləndirməliyik. Biz hələ də İŞİD ərazisi sayılan rayonları təmizləməliyik. Sonra isə, Əbu-Kamala hücuma hazırlaşmalıyıq. Düşünürük ki, İŞİD rəhbərliyinin əsas hissəsi bu şəhərdədir"./olke.az