ABŞ koalisiyası Suriyadakı təyyarələrinin yerini dəyişir

Baxış sayı: 84

Qərar bu yaxınlarda baş vermiş hadisə ilə əlaqədar qəbul edilib
 
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyadakı təyyarələrinin yerini dəyişdirmək qərarına gəlib.
RİA "Novosti" xəbər verir ki, koalisiya nümayəndələri qərarın bu yaxınlarda baş vermiş hadisə ilə bağlı qəbul edildiyini bildiriblər.
İyunun 18-də ABŞ Rəqqa səmasında Suriyaya məxsus "Su-22" təyyarəsini vurub.
Dəməşq bildirib ki, təyyarə İŞİD terrorçularına qarşı aparılan əməliyyatda iştirak edib və koalisiyanı zərbələri terrorçularla razılaşdırmaqda ittiham edib.