​ABŞ-a kimyəvi silahla hücum hazırlanır – XƏFİYYƏ

Baxış sayı:
2341

İŞİD ABŞ-da kimyəvi silahdan istifadə etməklə terakt həyata keçirməyi planlaşdırır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş sədr müavini Maykl Morel söyləyib. Onun sözlərinə görə, hökumət bu təhdidə ciddi yanaşmalıdır:
“İŞİD uzun illər ərzində kütləvi qırğın silahı əldə etməyi və onu tətbiq etmək istədiyini bəyan edib. Onlar bu silahı İraq və Suriyada əldə edərək, tətbiq ediblər. Biz ev terrorçularından qorxmalıyıq. Bu şeyləri sərhəd vasitəsilə daşımaq çox çətindir. Məncə, onlar sadəcə kütləvi qırğın silahının reseptini buraya göndəriblər. Onların tərəfdarları artıq ABŞ-da bu silahı hazırlayacaqlar”./axar/