ABŞ “kimtəvi silah” iddiasını təkzib etdi

Baxış sayı:
4186

ABŞ-ın Xarici İşlər Nazirliyi Bəşşar Əsəd rejimi və Rusiyanın "Suriyadakı müxalif qrupların kimyəvi silahdan istifadə etdiyi" iddiasının yalan sayaraq Moskvanı saxta kimyəvi təcavüz iddiaları uyduraraq həqiqətləri gizlətməyə çalışmaqla günahlandırıb.
 
ABŞ-ın Xarici işlər Nazirliyinin sözçüsünün müavini Robert Palladino Suriyanın Hələb şəhərində həyata keçirildiyi iddia edilən kimyəvi hücumlara dair yazılı açıqlama verib.
Palladino açıqlamasında, Əsəd rejimi və Rusiyanın müxalif qrupların Hələbin şimal-qərbində kimyəvi hücum etdiyi iddiasının doğru olmadığını deyərək, "ABŞ bu iddianı qəti şəkildə rədd edərkən, rejim tərəfdarı qüvvələrin 24 noyabrda Hələbdə mülki vətəndaşlara qarşı göz yaşardıcı qazdan istifadə etməsinə dair tutarlı məlumatlara malikdir" deyə qeyd edib.
 
İdlibdə əldə olunan atəşkəsi pozmaq istəyirlər
 
Moskva və Dəməşqin bu cür iddialarla İdlibdə əldə olunan atəşkəs müqaviləsini baltalamağa çalışdığına da diqqət çəkən Palladino," ABŞ bu iddiaları qətiyyətlə rədd edir” deyib.
Palladino təcavüz rayonunu nəzarət altında saxlayan rejim tərəfdarı olan rəsmilərin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OCPW) tərəfindən düzgün bir araşdırma aparılmadan məsələni uydurma və təhrif etməsindən narahat olduqlarını da vurğulayıb.
Palladino həmçinin, "Rusiya və Əsəd rejimini şübhəli hücum bölgəsində dəyişikliklər etməmələri mövzusunda xəbərdar edirik və müstəqil müfəttişlərin təhlükəsizliyini təmin etmələrini, beləliklə vəzifəlilərin məsul tutulması üçün onları xəbərdar etməsini istəyirik" deyib.
Qeyd edək ki, Əsəd rejimi və dəstəkçisi Rusiya Əsəd ordusunun nəzarətindəki Hələbin Əl Halidiyə mövqeyinə 24 noyabrda kimyəvi silah hücumu edildiyini bildirmiş və 100-dən çox mülki əhalinin təsirləndiyini irəli sürmüşdü.
Müxalifət.az