“ABŞ kiminlə müttəfiq olmağı yenidən nəzərdən keçirəcək” – Təhlükəsizlik eksperti

Baxış sayı:
5830

Terror və Təhlükəsizlik mütəxəssisi Ağar, Türkiyə ilə ABŞ-ın Suriya mövzusunda anlaşa bilməsinin "ABŞ-ın terror təşkilatı PKK / YPG ilə kürdləri ayıra bilməsinə" bağlı olduğunu vurğulayaraq, "Qərb dünyası əgər PKK / YPG ilə əməkdaşlıq mövzusundakı israrını davam etdirsə, mövcud boşluq günbəgün artacaq" deyib. Almaniyanın ictimai televiziya kanalı “Zweites Deutsches Fernsehen”-ə (ZDF) açıqlama verən Terror və Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar, mövzuyla əlaqədar olaraq etdiyi şərhdə, razılaşmanın yalnız ABŞ-ın kürdlər ilə PKK / YPG-ni bir-birindən ayıra bilməsi ilə təmin edilə biləcəyini qeyd edib. Amerikalıların uzun müddətdir bu coğrafiyadakı varlıqlarını davam etdirdiklərini söyləyən Ağar, "Onları qovan biri olmadığı müddətcə də bu varlıqlarını sonlandırmayacaklar və tam bir çəkilmə reallaşmayacaq" deyib. Tam bir çəkilmə olmasa da bölgədəki ABŞ strategiyasının dəyişmək məcburiyyətində qalacağını izah edən Ağar, "Kimlərlə əməkdaşlıq edəcəklərini yenidən gözdən keçirəcəklər" deyə proqnoz verib. Müxalifət.az