ABŞ keşiş Brunson məsələsində Türkiyəyə TƏZYİQİ AZALDIR

Baxış sayı:
5248

ABŞ-ın dövlət katibi Pompeonun keşiş Brunson ilə bağlı açıqlamalarından sonra ABŞ mətbuatında da gündəm yenə Brunson oldu. “Wall Street Journal”-da yer alan bir yazıda “ABŞ, Brunson məsələsində Türkiyə üzərindəki təzyiqi azaldır” ifadələri yer alıb.
 
Qeyd edək ki, dünən ABŞ-ın öndə gələn qəzetlərindən “Wall Street Journal”, keşiş Brunsonın buraxılacağı iddiasına yer vermişdi.
Bu səbəbdən ABŞ-ın Brunson məsələsində Türkiyəyə tətbiq etdiyi təzyiqi azaltmaq qərarı aldığını yazmışdı. Qəzetə görə, keşiş Brunsonın sərbəst qalacağı "siqnalını" verən Türk rəsmiləri bunun olması üçün Vaşinqtonun tətbiq etdiyi təzyiqlərin dayandırması lazım olduğunu söyləyir.
Qəzetin Türkiyə büro şefi David Gauthier-Villars və Vaşinqton müxbiri Dion Nissenbaum tərəfindən qələmə alınan xəbərdə, Ağ Evin Brunson məsələsində Türkiyəyə tətbiq etdiyi təzyiqi azaltmaq qərarı aldığı da yazılır. Bu qərarın arxasında, Türkiyənin iqtisadi problemlərinin inkişaf etməkdə olan digər bazarlara sıçraya biləcəyi qorxusu olduğu ifadə edilir.

Müxalifət.az