ABŞ istədi, PKK BAŞÇILARI DƏYİŞDİ

ABŞ-ın istəyi ilə terror təşkilatı PKK işğal altında saxladığı Afrindəki bütün başçıları dəyişib.
 
İyul ayında ABŞ-ın tapşırığı ilə Afrində yenidən təşkilatlanmağa başlayan PKK, idarə heyəti, təhsil, təbliğat strategiyası və müharibə planında tam yekun dəyişikliklərə yol verib. Türkiyəyə hücum məqsədi ilə edilən dəyişiklik çərçivəsində terror yuvası Qəndildən 500 "təcrübəli terrorçu” bölgəyə göndərilib. Yeni komanda, Afrini dörd bölgəyə ayıraraq yeraltı tunellər və 4 mərhələli sərhəd müqavimət xətti qurub.
 
YENİ BAŞÇILAR TÜRKİYƏDƏN GƏTİRİLİB
 
Qəndil və ABŞ arasındakı görüşdən sonra təşkilatın həyata keçirdiyi ilk həmlə, buradakı rəhbərliyi dəyişmək olub. PKK rəhbərliyi, Afrinə rəhbərlik edən "Renas” kod adlı başçının əvəzinə Türkiyə mənşəli Mahmud Berhadanı təyin olunub. Terror təşkilatının 2014-ci ildən bu yana hərbi məsuliyyətini daşıyan "Renas” kod adlı terrorçunun yerinə gətirilən Mahmud Berhadan, sentyabr ayında Cindərəsi bölgəsində təşkilatın bütün səlahiyyətlilərini bir araya gətirərək toplantı keçirib.
Cəzirə bölgəsindəki PKK-PYD-nin Suriyanın üçdə birini ələ keçirdiyini deyən terror başçısı, Afrindən Aralıq dənizinə yol aça bilməyən rəhbərliyi xəyanətdə günahlandırıb.
 
QƏNDİLDƏN 500 TERRORÇU
 
Cindərəsində keçirilən iclasda qəbul edilən qərarın nəticəsi olaraq 1 həftə sonra rəhbərlikdən iki nəfər Raco bölgəsində PKK tərəfindən edam edilib. Edam edilən "Çekdar” asayişdən," Hogar” isə təşkilatın sərhədə nəzarətdən dolayı məsuliyyətliymişlər. Türkiyənin İdlibə əməliyyatla bağlı hazırlıqları sürətləndirməsindən vahiməyə düşən PKK, Qəndildən 500 terrorçu bölgəyə göndərib.
Böyük əksəriyyəti idarəetmə heyətində yer alan Afrin qrupuna əlavə olaraq Eyn əl-Ərəb, Rakka, Deyrizor və Qamışlıdan yardım üçün 3 min PKK-lı daha göndərilib. Bu terrorçuların böyük əksəriyyəti Türkiyə sərhədi və İdlib-Azez xəttində yerləşdirilib. Burada son terrorçu qrupun gəlməsindən əvvəl xidmət edən təxminən 1200 terrorçu isə Münbiç və Eyn əl-Ərəbə sövq edilib.

Müxalifət.az