ABŞ İsrailin təhlükəsizliyinə zəmanət verdi

Baxış sayı:
10108

ABŞ prezidenti Donald Trampun Milli Təhlükəsizlik müşaviri Bolton və İsrailin baş naziri Binyamin Netanyahu Qərbi Qüdsdəki Baş Nazirlik ofisində ortaq mətbuat konfransı təşkil edib.
 
Bolton, burada etdiyi çıxışda, Suriyadakı Amerikan əsgərlərinin çəkilməsinin Vaşinqtonun müttəfiqlərini müdafiəsini təmin edəcəyi ilə müşayiət olunacağını söyləyib.
Bolton ayrıca bir daha ABŞ prezidenti Trampla ABŞ əsgərlərinin Suriyadan çəkilmə məsələsini müzakirə edəcəklərini söyləyib.
İsrailin baş naziri Netanyahu, Birləşmiş Ştatların BMT-də İsrailə sərhədsiz dəstəyi təmin etdiyini və " Siz ayrıca İsrailin özünü müdafiə haqqını da dəstəkləyirsiniz və biz də bunu praktikada istifadə edirik " deyib.
Netanyahu, "Bizim üçün vacib olan ən böyük dostumuz və ən böyük müttəfiqimiz ABŞ-ın dəstəyinin olduğunu bilirik" deyib.
Netanyahu, işğal altındakı Golan təpələrinin ölkənin təhlükəsizliyi üçün əhəmiyyətinə diqqət çəkərək, Golan təpələrindən bir daha geri çəkilməyəcəyini qeyd edib.
Qeyd edək ki, ABŞ-ın Suriyadan çəkilməsi mövzusunda koordinasiya danışıqları aparmaq üçün dünən axşam İsrailə gələn Bolton, İsrailin baş naziri Netanyahu ilə görüşündən əvvəl jurnalistlərə etdiyi açıqlamada, terror təşkilatı YPG / PKK-nı nəzərdə tutaraq “Amerikanın Suriyadan çəkilməsinin Türkiyənin “kürd döyüşçülərinin” təhlükəsizliyini təmin etmək və İŞİD-ın məğlub edilməsi şərtinə bağlıdır” deyib.
Müxalifət.az