ABŞ İsraili də Ərəb ölkəsinə dəvət etdi – Səbəb

Baxış sayı:
16708

ABŞ rəhbərliyi Bahreynin paytaxtı Manamada təşkil edilməsi planlanan iqtisadiyyat forumuna qatılmaları üçün İsrailli səlahiyyətlilərə və iş insanlarına dəvət göndərib. Dəvət göndərilənlərin müsbət cavab verməsinin gözlənildiyi qeyd edilib. İsrail İctimai Yayım Təşkilatı isə Tramp rəhbərliyinin “Əsrin Müqaviləsi” planı daxilində Qəzza başda olmaqla, Fələstin iqtisadiyyatının dəstəklənilməsi üçün yüz milyardlarla dollar hədiyyə toplanmasına çalışacağını bəyan edib. ABŞ rəhbərliyinin söz mövzusu planı iyun ayında açıqlaması gözlənilir. Ağ Ev mətbuat ofisindən srağagün edilən açıqlamada, “Əsrin Müqaviləsi” planı çərçivəsindəki ilk fəaliyyət olaraq Bahreynin paytaxtı Manamada 25-26 iyunda "Rifah üçün Barış" adlı bir iqtisadi forum təşkil ediləcəyi qeyd edilmişdi. Müxalifət.az