​ABŞ, İsrail və PKK-nın Əsədə qarşı "kabus" oyunu - 3 günlük müharibənin YERALTI DETALLARI

Baxış sayı:
6028

Suriyanın Deyr əz-Zor bölgəsində PYD/PKK terror təşkilatı ilə Bəşər Əsəd rejiminin qüvvələri arasında yaşanan qarşıdurmanın detalları məlum olub.
Muxalifət.az xəbər verir ki, qarşıdurmada ABŞ, İsrail və PKK terror təşkilatının rejimə qarşı birgə əməkdaşlığı olub.
Koalisiya Suriyanın Həmas və Hələb bölgələrinə “kabus” raketlər atıb.
Hələbin cənubunda yerləşən Cəbəli-I Əzzam və Həmas 47-ci alaya qarşı qurulmuş hücumda şiə militanlarından 57 nəfər ölüb, 85 nəfər yaralanıb.
İsrail mediası Suriyada vurulan hədəfin yeraltı raket istehsalı zavodu və qurudan quruya göndərilən raket deposu olduğunu açıqlayıb.
Hücum F-35 təyyarələri ilə həyata keçirilib. Hadisənin təsiri ilə 2,6 bal gücündə zəlzələ meydana gəlib. Dəməşq hökuməti 29 apreldə başladılan hücumun İsrail tərəfindən gerçəkləşdirildiyini iddia edir. Əsədin tərəfində olan “Təşrin” qəzeti isə hücumun İordaniyanın şimalında yerləşən ABŞ bazalarından ballistik raketlərlə edildiyini söyləyir. Tehran Həmas və Hələbdə baş verən bombardmanlarda hər hansı bir iranlının ölmədiyi bildirilib. ABŞ, onun rəhbərlik etdiyi koalisiya və İsrail hücumlara səssiz qalıb.
Yerli qaynaqlardan verilən məlumata görə, Deyr əz-Zor, Hələb və Həmasda son 3 gündə gerçəkləşən hüücumlarda Əsəd rejiminin cəbhəsində 100-dən çox İran tərəfdarı şiə və rejim əsgəri həlak olub.