ABŞ, İsrail və PKK-dan BİRGƏ HÜCUM

Baxış sayı:
6790

Kabus raketlər Suriyanın Xama şəhərində yer altında olan raket bazasını partladıb. Bombardmanda Şiə döyüşçülərdən 57-si ölüb, 85-i də yaralanıb. Deyrizorda PKK və Əsəd qüvvələri arasında qarşıdurmalarda ABŞ təyyarələri də terrorçulara havadan dəstək verib. Hava hücumunda 20-dən artıq rejim əsgəri ölüb. ABŞ-ın dəstəklədiyi PKK terrorçuları Fəratın şərqində isə dörd kəndi ələ keçirib.
 
İsrail mediası, Suriyada vurulan hədəfin altında raket emal kompleksi və qurudan quruya atılan raket anbarı olduğunu bildirib.
Hücum F-35 təyyarələri ilə təşkil olunub.
Vurulan hədəfdə partlayışın şiddəti zəlzələ meydana gətirib. Dəməşq rəhbərliyi də 29 aprel gecə yarısı edilən hücumların İsrail tərəfindən həyata keçirildiyi barədə bəyanat verib. Əsəd tərəfdarı “Teşrin” qəzeti isə hücumun İordaniyanın şimalında yerləşən ABŞ bazalarından ballistik raketlərlə edildiyini iddia edib. İran, Xüms və Hələbdə keçirilən bombardmanlarda hər hansı bir İranlının ölmədiyini iddia edib. ABŞ, Koalisiya və İsrail cinahından hücumlara dair səssizliyini qoruyur.

DEYRİZOR QARIŞDI
 
Deyrizor kəndində PKK və Əsəd qüvvələri arasında baş verən toqquşmalardan sonra ABŞ və Koalisiya təyyarələri rejimə aid mövqelərə hava hücumu təşkil edib. Şəhər mərkəzində yerləşən və Şiə döyüşçülərlə birlikdə Əsəd rejiminin hərbi qərargaha çevirdiyi Meşfel Vatani xəstəxanası koalisiya təyyarələri tərəfindən vurulub. Hücumda 20-dən artıq rejim və İranın dəstəklədiyi Şiə döyüşçüsünün öldüyü bildirilib.
 
PKK FƏRATIN ŞƏRQİNDƏ
 
ABŞ-ın dəstəklədiyi PKK terrorçuları 27 apreldə başlayan hücum dalğasından sonra Fəratın şərqindəki Mayişha, Hisan, Cunina və Ce kəndlərini ələ keçirib. PKK döyüşçüləri, ABŞ tərəfindən yaradılan portativ körpüləri istifadə edərək Fəratın şərqinə keçib. Rejim əsgərləri və İranın dəstəklədiyi Şiə döyüşçüləri ilə toqquşan PKK-ya intensiv hava dəstəyi verən ABŞ liderliyindəki koalisiya təyyarələri cəbhə xəttində yer alan bir çox nöqtəni havadan vurub. Raqqa-Tabka bölgəsində yerləşən ABŞ və Fransa quru qoşunlarından 30 avtomobillik konvoyun gecə yarısı bölgəyə getdiyi bildirilir.
 
REJİM AĞIR İTKİ VERDİ
 
Yerli mənbələri Deyrizor, Hələb və Qəbilədə son 3 gündə baş verən hücumlarda rejim cəbhəsində 100-dən artıq İranın dəstəklədiyi Şiə və Əsəd əsgərinin öldüyünü bildirirlər. Humusda vurulan 47-ci alay və Hələb Cəbəl Azze-yin bölgələrində İran İnqilab Mühafizəçiləri ilə Besiç Birliklərinə mənsub hərbçilərin də yerləşdiyi gələn məlumatlar arasındadır.

Müxalifət.az