ABŞ İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq – DÖVLƏT DEPARTAMENTİ

Baxış sayı: 146

Xezer Nauert: Biz istəyirik ki, Suriyanı ABŞ və digər dövlətlər deyil, suriyalılar idarə etsin
 
"İŞİD terror qruplaşması üzərində qələbədən sonra Birləşmiş Ştatlar Suriyada qalmayacaq".
"RT" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
"Məqsədimiz İŞİD üzərində qələbə qazanmaq və bundan başqa heç nə etməməkdir. Biz istəyirik ki, Suriyanı ABŞ və digər dövlətlər deyil, suriyalılar idarə etsin", - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ hərbçiləri Suriyada qalmayacaq.