ABŞ İŞİD-in strateji bölgələrini hədəfə aldı: 60 NƏFƏR ÖLDÜ
26-10-2017 12:41

ABŞ Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) Yəmənin Bəyda vilayətinə iki dəfə hava hücumu təşkil edib.
Hücum nəticəsində 9 İŞİD üzvü öldürülüb.
Bu barədə ABŞ Müdafiə Nazirliyi CENTCOM masasının spikerlərindən Erik Pahon məlumat verib:
“Yəmənin hakimiyyət boşluğu olan bölgələrində Amerikanın İŞİD-ə qarşı terrorla mübarizə əməliyyatları davam edir. Bu gün Yəməndə daha 9 İŞİD terrorçusu məhv edilib”.
E.Pahon son 10 gün içində Yəməndə 60 İŞİD üzvünün öldürüldüyünü qeyd edib.