ABŞ İŞİD-in “paytaxtını” PKK-ya TƏSLİM ETDİ

 Terror təşkilatı PKK/PYD Suriyanın Rakka şəhərini İŞİD-dən aldı.
 
Müxalifət.az xəbər verir ki, ABŞ-ın dəstəyi ilə işğal edilən Rakka, PKK-ya təslim edildi.
 Terrorçular şəhərin mərkəzinə teröristbaşı Öcalanın portretlərini asdı. Qərb mətbuat orqanları isə Rakkanın PKK-nın əlinə keçməsini qələbə kimi elan etdi.
ABŞ-ın qurudan və havadan 6 ay boyunca bombaladığı Rakka PKK-ya təslim edildi.
 6 aylıq bombardman prosesində  1700 vətəndaş həyatını itirdi, şəhərin 65 faizi tamamilə viran edildi.
 İŞİD-dən şəhəri təhvil-təslim alandan sonra Rakkanın meydanında və bir çox prospektdə terror təşkilatı PKK-nın başı Abdulla Öcalanın portretləri asıldı.
 Rakkada reallaşan təhvil-təslimdən sonra bölgəyə gələn Qərb yayım təşkilatları, teröristbaşının plakatları və terror təşkilatı parçalarının olduğu meydandan Rakkanın İŞİD-dən azad edilməsi istiqamətində reportajlar veriblər.
 Bununla da Rakka bir terror təşkilatından alınıb digərinə verilmiş oldu.
Müxalifət.az