​ABŞ İŞİD-in əmri ilə geri çəkilib - Suriyalı general

Deyr əz-Zor hava limanını və 137-ci alayı mühasirəyə alan YPG döyüşçüləri geri çəkilməyə məcbur edilib.
Muxalifet.az xəbər verir ki, bu sözləri suriyalı general və hrbi ekspert Turki Həsən deyib.
O bildirib ki, hazırda hökumət qüvvələri Əl-Bukamal şəhərini geri almaq üçün hazırlıqlara başlayır:
“DSQ-ya qarşı hələ ki, cəbhə açılmayıb. Suriya ordusu daha önəmli məsələlərlə maraqlanır. ABŞ-ın dəstəklədiyi qruplar Əl-Ömər kimi strateji əhəmiyyətə malik neft yataqlarını ələ keçirmək və bununla Suriya hökumətini zəiflətməyi hədəfləyirlər. Hazırda bu yataq DSQ-nın nəzarətindəkir. İŞİD ABŞ-ın əmri ilə geri çəkilib”.