ABŞ İŞİD-i yenidən DÖVRƏYƏ BURAXIR

Baxış sayı:
4883

ABŞ-ın Suriya və İraqdakı müstəmləkə valisi Brett Makgurkün Raqqadan çıxardığı İŞİD terrorçuları indi də müxaliflərin nəzarətindəki İdlibə hücum edir.
 
Raqqadan təxliyə edilən İŞİD-çılan İdlib-Rahcan bölgəsində 5 kəndi ələ keçirib. Müxaliflər, hər tərəfi mühasirəyə almış Rahcandaki İŞİD-çılara gizli və xüsusi yollarla silah və sursat təhcizatının olduğunu deyirlər. İdlib mərkəzinə və Türk Silahlı Qüvvələrinin yerləşdiyi ərazilərə yaxın nöqtələrə sızan 300-dən çox İŞİD-çının hücum hazırlığında olduğu bildirilir.
 
İŞİD TERRORÇULARININ BİR HİSSƏSİ ABŞ BAZASINDA QALIR
 
Ötən iyun ayında Suriyada Brett Makgurkün apardığı danışıqlarda, İŞİD-in Raqqanı PKK-ya təslimi və təxliyə olunan terrorçuların ABŞ-ın müəyyən etdiyi bölgələrə daşınması məsələsində razılıq əldə olunub. Anlaşmadan sonra Raqqadan çıxarılan terrorçuların bəzisi Rəsul Ayn-Tel Temir bölgəsindəki ABŞ bazasına yerləşdirilərkən, mühüm bir qismi də İdlibə yönləndirilib. Raqqadan çıxarılan 4500 terrorçulardan 1400-ü həm Türkiyə sərhədi, həm də İdlibdə müxtəlif mövqelərə yerləşdirilib.
 
AFRİN ƏMƏLİYYATINA MANE OLMA CƏHDİ
 
Türkiyənin sərhəd boyu və Hama-Rahcan bölgələrinə yerləşdirilən terrorçular 10 dekabr günü hərəkətə keçib. Müxaliflərə qarşı başlanılan şok hücum nəticəsində 5 kəndi ələ keçirən İŞİD terrorçuları əl-Hanadik, Kalat əl-Huveyis, Rasim əl-Hamam, Əbu Merva və Suruc kəndlərində nəzarəti təmin ediblər. Astanada varılan anlaşma çərçivəsində Türkiyənin İdlibdə yaradacağı 12 müşahidə nöqtəsinin yaradılması prosesi sürərkən, İŞİD-in İdlibə qəfləti hücum etməsi, terrorçularla ABŞ arasında Raqqa təxliyəsi zamanı əldə olunan razılaşmanın tərkib hissəsi kimi qəbul edilir. İdlibdə vuruşan müxalif qruplar, TSK-nin Afrinə qarşı hərbi əməliyyatına mane olmaq üçün ABŞ-ın İŞİD-I son “kozır”ı olaraq yenidən meydançaya sürdüyü məlumatını verirlər.
Müxalifət.az