​ABŞ İŞİD-ə 1421 maşın silah göndərib - GENERAL

ABŞ Suriyada müxalifətə yox, terrorçulara silah verir.
Bunu jurnalistlərə açıqlamasında Suriya ordusunun Baş Operativ İdarəsinin rəisi general Əli əl-Əli söyləyib.
“Biz bilirik ki, iyunun 5-dən sentyabrın 15-nə qədər olan müddətdə ABŞ Suriyadakı terrorçulara içərisi silahla dolu olan 1421 yük maşını göndərib. Bu silahlar guya terrorçularla mübarizə üçün nəzərdə tutulsa da, sonda İŞİD və Nüsrə Cəbhəsinin əlinə düşüb”, – deyə o bildirib.