ABŞ İŞĞALI RƏSMİLƏŞDİRİR! “Əvvəl müharibədə qələbə çalacağıq, sonra…”

Baxış sayı:
5413

PKK/PYD-dən istifadə edərək Suriyanın şimalını işğal edən ABŞ regiondan çıxmaq istəmir
İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə başqa bir terror təşkilatından - PKK-dan istifadə edərək, Suriyanın şimalını işğal edən ABŞ regiondan çıxmamaq üçün bütün yolları sınaqdan keçirməkdədir.
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, ABŞ müdafə naziri Cim Mattis bildirib ki, Suriyada sülh bərqərar olmadan ABŞ öz hərbçilərini ölkədən çıxarmayacaq.
Müdafiə Nazirliyindəki (Pentaqon) mətbuat ofisində jurnalistlərə müsahibə verən Mattis, ABŞ-ın Suriyadan çıxması ilə bağlı belə deyib: “Regionda demək olar ki, bütün ölkələr İranın orada etdiklərindən narahatdırlar. İŞİD-i fiziki və coğrafi mənada məhv etmədən, diplomatlar sülh əldə eləmədən oradan çıxmaq istəmirik. Əvvəlcə müharibəni, sonra isə sülhü qazanmaq lazımdır”.
Mattis, Suriyaya quru qüvvələri göndərmək qərarını verməyin prezidentin səlahiyyətin olduğunu bildirib. Türkyə ilə müzakirə edilən Menbiç modeli ilə bağlı Mattis deyib: “NATO müttəfiqimiz ilə fikir ayrılığında olduğumuz bir məsələ üzərində çalışırıq. Danışıqlar davam edir”.