“ABŞ işğal etdiyi bölgələrdə terrorçuları bəsləyir” – RUSİYADAN İTTİHAM

Baxış sayı:
5023

Rusiyanın Milli Müdafiə Nəzarət Mərkəzinin direktoru general Mixail Mizintsev ABŞ bazasının olduğu El Tanıf bölgəsində 6 min terrorçunun sərbəst bir şəkildə gəzdiyini söyləyərək ABŞ-ın bölgəni işğal etdiyini iddia edib.
 
TASS-ın xəbərinə görə, Rusiyada Suriyalı qaçqınlar konfransında çıxış edən Mizintsev, ABŞ-ın əsas olaraq istifadə etdiyi 55 kvadrat kilometrlik bölgədə 6 min silahlı terrorçunun sərbəst halda gəzdiyini və ABŞ-ın işğalı üzündən buradakı Rukban qaçqın düşərgəsinə yardım etməyin mümkün olmadığını söyləyib.
 Mizintsev, bu bölgəni "şeytanın son qalası" olaraq adlandıraraq Amerikanın müstəqil bir dövlətin sıradan Suriyalılara qorxu içində və ədalətsiz bir mühit yaratdığını deyib.
Rus general, "Bir daha burada vurğulamaq istəyirəm, Rukban ABŞ tərəfindən qeyri-qanuni yollarla işğal edilir. Buradakı Suriyalıların içində olduqları ağır şərtlərə görə tamamilə ABŞ məsuliyyət daşıyır" deyib.
Qeyd edək ki, 55 kvadrat kilometr ərazini əhatə edən ABŞ bazası Suriya-İraq sərhədində yerləşir. Bu bölgədə Amerikan xüsusi qüvvələri və ABŞ-ın dəstəklədiyi FSA qrupları 2016-ci ildən bu yana İŞİD hücumlarına qarşı yerləşdirilir.
 Bölgədəki Rukban qaçqın düşərgəsində 50-60 min qaçqın var. 2016-cı ildə İordaniya ilə İraq sərhədlərinin bağlanması səbəbindən qaçqınların evlərinə qayıtması mümkün deyil.
Müxalifət.az