"ABŞ irqçi Netanyahunu dəstəkləməməlidir" – ABŞ prezidentliyinə namizəd

Baxış sayı:
11110

 ABŞ-lı siyasətçi Bernie Senders ABŞ-ın irqçi bir hökumət tərəfindən idarə edilən İsraili daha çox dəstəkləməsinin doğru olmadığı söyləyib.
 
ABŞ prezidenti Donald Trampi yürütdüyü daxili və xarici siyasətlərə görə tez-tez tənqid edən Bernie Senders, ABŞ-ın irqçi bir hökumət tərəfindən idarə edilən İsraili dəstəkləməsinin doğru olmadığını söyləyib.
 "İsraildə aylarla qaldım, çalışdım və hətta orada bir ailəm də var. Mən İsrail əleyhinə deyiləm. Amma problem olan Netanyahu və Fələstinlilərə qarşı olan ədalətsizcə rəftardır" deyən Senders, Amerikanın İsraili müdafiə sahəsində dəstəkləmək üçün milyarlarlarca dollar pul yardımı etdiyini vurğulayıb. ABŞ-ın Yaxın Şərqdə vəzifəsinin İsrailə xidmət etmək deyil, region ölkələri ilə bir razılığa gəlmək olduğunu dilə gətirən Senders, Fələstinlilərin təklif və istəklərinin ön planda tutulması lazım olduğunu ifadə edib. Senders ABŞ-ın səfirliyini Qüdsə daşıması, Fələstinə edilən yardımların kəsilməsi və Golan Təpələri qərarı da daxil, bir çox diplomatik hədiyyə təqdim etdiyi İsrailə verdiyi dəstəyi, ölkəni idarə edən ifrat sağçı və irqçi hökumətdən dolayı təcili kəsilməsinin lazım olduğunu bildirib.
Müxalifət.az