ABŞ İraqla Əfqanıstanın simvollarını səhv salıb - TƏFƏRRÜAT

İraq ordusuna təslim etmək üçün may ayında 94 zirehli avtomobil alan Pentaqon yanlışlığa yol verib.
 
Pentaqon səhvən Əfqanıstan ordusuna məxsus rənglərdən istifadə edərək 94 avtomobili rəngləyib. Belə ki, ABŞ Müdafiə Nazirliyinin sifarişində İraq qeyd edilməkdənsə, Əfqanıstanın adı olub.
Pentaqonun Əfqanıstan üzrə sözçüsü Adam Stamp məsələ ilə bağlı İraqdakı əfqan ordusu gerbi daşıyan zirehli texnikalara aydınlıq gətirib: "Sifariş yanlışlıq nəticəsində Əfqanıstan ordusunun simvollarına boyanaraq İraqa göndərilib. Texnikalar İraqa təhvil verilsə də, onlar rəngləri dəyişmədilər".