​ABŞ İraqı İranın əlindən belə alır – Deputat açıqladı

Baxış sayı:
4429

Qonşusu İranla sıx iqtisadi əlaqələrini inkişaf etdirən İraq ABŞ sanksiyalarından sonra öz iqtisadiyyatını ərəb ölkələrinə doğru yönəltməyə başlayacaq.
Muxalifet.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında iraqlı deputat Hamed əl Mütləq deyib.
“İraqın öz qonşusu ilə əməkdaşlığına faktiki olaraq qadağanın qoyulması onun iqtisadiyyatında öz əksini tapacaq. İraqlılar xarici ticarət və maliyyə əməliyyatlarının aparılması üçün digər imkanlar axtarmalı olacaqlar. İrana qarşı sanksiyaların tətbiqi digər qonşu dövlətlərlə ticarətin inkişafına stimul ola bilər. Bu, xüsusilə özünü körfəz ölkələri ilə əlaqələrdə göstərəcək. Dollar dünya valyutasıdır və İraq üçün bu valyutanın heç bir alternativi yoxdur”, – deyə o bildirib.