ABŞ İraqdan oğurladığı tarixi əsərləri qaytaracaq

Baxış sayı:
9154

İraqın baş naziri Adil Abdülmehdi Səddam Hüseynin devrilməsindən sonra ABŞ əsgərlərinin İraqdan oğurladığı minlərlə tarixi əsərin ölkəyə geri gətiriləcəyini açıqlayıb.
 
Dünyanın ən qədim sivilizasiyalarına ev sahibliyi etmiş və tarixin beşiyi olaraq qəbul edilən torpaqlarından biri olan İraqın paytaxtı Bağdad, 2003-cü ildə ABŞ əsgərləri tərəfindən işğal edilmişdi.
Nağıllara, əfsanələrə mövzu olan, gözəlliyiylə heyran buraxan Bağdadın məzmunundakı çox sayda tarixi əsər də yenə ABŞ əsgərləri tərəfindən talan edilmiş, yağmalanmışdı.
 
ƏSƏRLƏR QAYTARILACAQ
 
İraqın Milli Muzeyini gəzən baş nazir Adil Abdülmehdi Səddam Hüseynin devrilməsindən sonraa ABŞ əsgərlərinin İraqdan oğurladığı minlərlə tarixi əsərin ölkəyə geri gətiriləcəyini ifadə edib.
Açıqlamada, Abdülmehdinin İordaniyadan bir çox tarixi əsərin qaytarıldığını xatırlatdığı və ABŞ-ın İraqdan oğurlanmış 15 min tarixi əsərin yaxın zamanda ölkəyə qaytarılacağını bəyan etdiyi ifadə edilib.
Baş nazirin Mətbuat Ofisi tərəfindən edilən açıqlamada, Abdülmehdinin İraqın dünya mədəniyyəti üçün tarixi miras xüsusiyyəti daşıdığını vurğuladığı, ölkənin bu günü və sabahı üçün bu tarixi mirasa sahib çıxılması lazım olduğunu qeyd etdiyi bildirilib.
Müxalifət.az