ABŞ-ın İraqdakı "Taci" hərbi bazası raketlərlə vuruldu

Baxış sayı:
3076

ABŞ-ın İraqdakı Taci hərbi bazası raket atəşinə tutuldu.
Muxalifet.az bildirir ki, bu haqda “Mirror” xəbər verir.

Bağdaddan 30 kilometr məsafədə yerləşən bu bazada ABŞ koalisiya qüvvələri yerləşdirilib. Bölgədən gələn məlumatlara görə, baza raket artilleriyası tərəfindən ağır atəşə tutulub, ancaq ölən və yaralananlar barədə məlumat  verilmir.
İndiyə qədər baş verənlərə görə heç kim məsuliyyəti öz üzərinə götürmədi.
Muxalifet.az