ABŞ Iraqda xaos hazırlayır

Baxış sayı:
10021

ABŞ Suriyadakı bəzi qoşunlarını Kərkükə daşıyır. Suriyadan İraqa keçən ABŞ əsgərləri Kərkükdəki Keyvan, Sincar və Anbardakı Ayn al-Asad bazasına yerləşdirilib.
 
İraq Türkmən Cəbhəsinin rəhbərlərindən olan Ömər Beyoğlu, ABŞ-ın Kərkükə yerləşmə planının başda İrana axıdılan 400 min barel neftin qarşısını almaq və peşmərgəni yenidən Mosul və Telaferlə birlikdə Kərkükə daşıma cəhdi olduğunu dilə gətirib.
 
Fırtına öncəsi səssizlik
 
ABŞ-ın Kərkükdəki Keyvan və əl-Bağara bölgələrini cənub və şimaldan mühasirəyə almağa çalışdığını söyləyən Beyoğlu, "Bölgədə hər kəs tikan üstündədir, fırtına öncəsi səssizlik müşahidə olunur” deyib.
İraqın köhnə millət vəkili Nabil Harbul İraqdakı vəziyyətin daha çox qeyri-müəyyənlik halına gəldiyini və ölkədə böyük vətəndaş müharibəsi ssenarisinin hazırlandığını söyləyib. Harbul bu qarmaqarışıqlığın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsraillə əlaqəli olduğunu vurğulayıb.
Hədəfin Bağdad və Şamı İsrail-BƏƏ-Səudiyyə ittifaqına qoşmaq olduğunu deyən Harbul, ABŞ və İsrailin mövcud parlament quruluşundan və sahədəki hərbi vəziyyətdən məmnun olmadığını ifadə edib. Harbul, "Kürd-Ərəb, Türkmən-Kürd, Şiə-Sünni qütbləşməsi ilə çaxnaşma yaradılmaq istənilir" deyib.
İraqlı təqaüddə olan polkovnik Vadullah Nafi isə ABŞ-ın Telafər ətrafında 2 baza bölgəsi seçdiyini və artan ABŞ təhdidləri səbəbiylə İranın dəstəklədiyi Haşdi Şabiyə bağlı qrupların Tikrit şəhərindən çəkildiyini söyləyib. Tikritdən çəkilməyə cavab olaraq, İran Telafərdəki istehkamları artırıb.
Tehran Pentaqonun uzun müddətdir yerləşməyə çalışdığı Telafər Havalımanına Haşdi Şabi daxilindəki xüsusi təlimli birliklərdən Abbas Qüvvələrini yerləşdirib. Vadullah Nafi, yaxın dövrdə bölgədə yeni qarşıdurma və xaos sahələri doğulacağını, ABŞ-ın ciddi hazırlıqlar gördüyünü ifadə edərək "Trampın sürpriz İraq səfəri yeni dövrün başlanğıcı idi. Bundan sonra hadisələr fərqli bir ölçü ala bilər" deyib.
Müxalifət.az