ABŞ-ın İraqda “Hər kəsi öldür” siyasəti: AMERİKALI ƏSGƏR İFŞA ETDİ

Baxış sayı:
7153

İraqda xidmət etmiş bir Amerikan əsgəri Darrell Anderson, ABŞ-ın İraqdakı müharibə siyasətini dəyərləndirib.
 
ABŞ-ın İraqa qarşı 2003-ci ildə başlayan hərbi müdaxiləsində həyata keçirdiyi hərbi strategiya bu gün belə tənqidlərə məruz qalır. Bir çox ekspertlər ABŞ-ın buradakı strategiyasının kütləvi qırğından başqa bir şey olmadığını və ABŞ-ın müdaxiləsinin İraqı məhv etmək olduğunu irəli sürür. Bu tezisi müdafiə edənlər yalnız Yaxın Şərqdəki müharibədə əziyyət çəkənlər deyil.
ABŞ-ın İraqa müdaxiləsində iştirak edən bir əsgər Darrell Anderson, ölkədə həyata keçirdikləri hərbi strategiyanı "hamını öldürmək" kimi səciyyələndirib. Ohayolu bir gənc olan Anderson, 11 sentyabrın ona nesir etdiyini, orduya qoşulmaq səbəblərini və İraqda yaşadıqlarını anladıb.
 
PULSUZLUQ SƏBƏBİNDƏN ORDUYA QOŞULUB
 
11 sentyabr hücumlarını əvvəlcə elə də ciddiyə almadığını dilə gətirən keçmiş əsgər, yoxsul yaşam səbəbindən ölkənin xarici siyasətinə elə də məhəl qoymadığını ifadə edib. Andersonun dediyinə görə, orduya qoşulmaq səbəbi də bu yoxsulluq olub. Narkotik istifadə etdiyini, pulsuzluqdan əziyyət çəkdiyini deyən Anderson, İraqdakı xidmətini isə olduqca qəribə qarşılamışdır.
 
HƏR KƏSİ ÖLDÜRÜN
 
Bölgədəki xidmət müddətində içində burada olma səbəbini düşündüyünü deyən keçmiş əsgər, onlara İraqda kütləvi qırğın silahlarını məhv etmək üçün gəldiklərini desələr də, ancaq belə bir şeyin qətiyyən mövcud olmadığını bildirir. Onun bildirdiyinə görə, ABŞ-ın İraqdakı itkiləri artdıqca hərbi siyasət də dəyişmişdir. Darrell Anderson, böyük bir ərazidən üzərlərinə atəş açılanda orada hər kəsi öldürmə əmri aldıqlarını söyləyib: "Bizə hücum edənlərin qətlə yetirdiyimiz məsum insanların qardaşı, əmisi olduğunu, üç uşağını qətlə yetirdiyimiz üçün bizi öldürməyə çalışdığını anlaya bilməmişik".
 
VERGİ ÖDƏYİCİLƏRİ MÜHARİBƏNİ DAYANDIRA BİLƏR
 
Iraqlıların yaxınlarını itirdikləri üçün silaha əl atdıqlarını deyən keçmiş əsgər, ABŞ vətəndaşlarına bu döyüşü maliyyələşdirəcək şəkildə vergi verməməyi tövsiyə edir. Anderson, siyasətçilərin müharibədən qazanc əldə etdiyini və xalqın bu müharibəni dayandırmaq məcburiyyətində olduğunu bildirir.
Müxalifət.az