ABŞ İraqda hava bazasını boşaldır: İranla müharibə təhlükəsi..

Baxış sayı:
3166

İraqdakı “Balad” Hava Bazasında xidmət edən yüzlərlə Amerikalı müqaviləli heyət, 'potensial təhlükə' səbəbiylə azad etməyə hazırlanır.
 
“Reuters”-in İraqlı hərbi mənbələrə əsaslandırdığı xəbərinə görə, ABŞ ordusunun əsas şirkətlərindən olan “Lockheed Martın” və “Sallyport Qlobal”-ın bazada olan 400 heyəti 10 gün içində çıxarılacaq.
Hal-hazırda bazada iki şirkətin cəmi 800 heyəti var.
 
İraq ordusunun F-16 eskadriyasının texniki baxımı bazadakı heyət tərəfindən edilir. “Balad” bazası daha əvvəl pis rəhbərlik, rüşvət, təhqir və irqçilik kimi şikayətlərdən sonra ABŞ hökuməti tərəfindən başlanan istintaqla da gündəmə gəlmişdi.
Digər yandan, ABŞ-ın İraqdan təhlükəsizlik səbəbiylə heyət çəkməsi Vaşinqtonun İrana yönəlik təhdidlərini artırdığı bir dövrdə reallaşır.
ABŞ keçən ay da Bağdad səfirliyindəki föfqəladə vəzifə yerinə yetirməyən bütün diplomatlarından ölkəni tərk etməsini istəmişdi.
Müxalifət.az