ABŞ İRAQA ƏLAVƏ QÜVVƏLƏR GÖNDƏRDİ - Pentaqon aşıqlama yaydı

Baxış sayı:
2829

Pentaqon ABŞ-ın İraqdakı səfirlik işçilərinin təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə əlavə qüvvələr göndərib.
Bu barədə Pentaqon rəhbəri Mark Esper adından yayılan açıqlamada bildirilib.
“Biz müdafiə hüququmuzdan istifadə edərək bu ölkədə (Red- İraq) Amerika vətəndaşlarının, hərbi və diplomatik işçilərinin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər gördük. Səfirliyin işçilərinin təhlükəsizliyi üçün əlavə qüvvələr göndərdik. Bütün ölkələr kimi, biz də hesab edirik ki, ev sahibliyi edən qüvvələr heyətimizin təhlükəsizliyini təmin edəcəkdir. İraq hökumətini müvafiq beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq."
Onun sözlərinə görə, Pentaqon bu məsələ ilə bağlı Dövlət Departamenti ilə sıx işləyir.