ABŞ-ın İraq və Suriyada “vahid bölgə” siyasəti:İRAQA KÜRD PREZİDENTİN SEÇİLMƏSİNİN ARXA PLANI

Baxış sayı:
5680

ABŞ, İraqın Kərkük bölgəsindən başlayaraq Mosul və Suriyanın Rakka şəhərinə uzanan enerji dəhlizində tək güc olmaq üçün hərəkətə keçib.
 
İşğalçılar, İraq və Suriya sərhədini ortadan qaldıraraq PKK işğalındakı yerləri vahid bölgə halına gətirmək və burada yeraltı sərvətləri bir konsorsium üzərindən tallamaq istəyirlər. Yüzlərlə milyard dollarlıq neft ilə təbii qazın çıxarılması, emalı, ixracı üçün Amerikan, Fransız və İngilis şirkətləri növbəyə durub. Bölgəyə bu işlə bağlı araşdırma aparmaq üçün gələn rəsmi və ya özəl şirkət əməkdaşlarının sayı son 2 ayda 400-ü aşıb. Sözügedən proseslərə dair açıqlama verən Rakka Bələdiyyə Məclisinin üzvü Əkrəm Dədə, bunları deyib:
 
SİLAH DAŞIMA XƏTİİ NEFT MARŞRUTUNA ÇEVRİLİR
 
“PKK regionlarında ABŞ rejimin emal zavodlarına neft ixracını dayandırıb. Bölgədəki bütün neft İraqa göndərilməyə başlayıb. ABŞ, PKK-ya silah sövq etdiyi marşrutu indi neft nəqli üçün istifadə edir. Burada Səddam dövründən qalma gizli bir neft kəməri var. Ancaq yaxın dövrdə bu bölgəyə açıq boru xətt çəkəcəklər. Hazırda meydançada ABŞ-ın kəşfiyyat işləri davam edir. Bu layihəyə paralel olaraq, Rakka, Hasekə, Deyrizor rayonlarında ABŞ-lı mütəxəssislərin sayı son altı ayda 2 dəfə artıb. Bu şəxslərin mühüm bir hissəsi neft və tikinti sahəsində araşdırma aparan mütəxəssislərdən ibarətdir. Həmçinin Rakkanın yenidən inşası ilə bağlı Fransa və ABŞ ümumi smeta hazırlayıb. Başlanğıc olaraq Körfəz ölkələrindən 600 milyon dollar istədilər. Rakkayı dağıdan qüvvələr, həm əməliyyatı, həm də dağıtdıqları şəhərlərin inşasını Körfəz ölkələrinin pulları ilə həyata keçirəcəklər".
 
SƏRHƏDLƏR GÖTÜRÜLÜR
 
İraq Türkmən Cəbhəsinin Türkiyə nümayəndəsi Hicran Qazancı isə, ABŞ-ın Kərkükə doğru yeni bir muxtariyyət planı olduğunu bildirərək, Vaşinqtonun Kərkükü əvvəl mərkəzi hakimiyyətdən ayıracağını, sonra da Bərzaniyə təslim edəcəyini irəli sürüb. Qazancı, ABŞ-ın İraq-Suriya arasındakı sərhədi ortadan qaldıraraq Rakka, Hasekə, Deyrizor, Kərkük, Telafer, Ərbil və Süleymaniyyəni vahid bir bölgə etməyi hədəf seçdiyini də vurğulayıb. Qazancı, bu təşəbbüsün siyasi olduğu qədər, İraq və Suriyanın yerlatı zənginliklərini müstəmləkə mahiyyəti ilə daşıdığını ifadə edib.
 
MÜSTƏMLƏKƏ VALİSİ FƏALİYYƏTDƏ
 
ABŞ-ın bölgədəki müstəmləkə valisi Brett Makgurkün İraq daxilində artan diplomatic fəaliyyətinə diqqət çəkən Qazancı, bölgənin yeni bir qeyri-müəyyənliyə sürükləndiyini bildirib. Qazancı, Türkməneli bölgəsinin 2014 prosesində məruz qaldığı ədalətsizliklərin unudulmaması lazım olduğunu xatırladaraq, bu xəbərdarlıqlar edib: "Kərkük, Türkməneli coğrafiyasının qədim mərkəzidir. ABŞ, Bərzani, Tələbani və İraq mərkəzi hökuməti ilə İran müəyyən ortaq mənfəət oxlu əməkdaşlıqlara gedir. Türkmənlər böyük bəlalar çəkdi və bu an yenə təhdid altındadırlar. Türkmənelinin yeni və çirkli bir hiyləyə daha qurban edilməməsi məsələsində hamımıza böyük məsuliyyət düşür".
 
BÖYÜK TÜRKMƏN MƏCLİSİ KƏRKÜKDƏ ELAN EdDİLSİN
 
“Kərkük mərkəzli bir Türkmən Məclisi elan etmək məcburiyyətindəyik. Partiyalar və siyasət üstü bu məclis Bağdad mərkəzi hökumətinə bağlı olsa da, ancaq Türkmən mahallarının təhlükəsizliyi, sabitliyi və iqtisadi inkişafı baxımından təşəbbüs almalıdır. ABŞ, İraq rəhbərliyi ilə razılaşaraq Kərkükü əvvəlcə muxtar vilayət elan etmək istəyir. Sonra sandıq və diplomatiya hiylələri ilə Kərkükün Şimali İraq rəhbərliyinə bağlanmasının tələb olunduğunu bilirik. KYB-nin namizədi Berham Saleh prezidentliyə gətirilməsi məsələsində tərəflər razılaşdı. Buna qarşılıq Kərkük də KDP-yə veriləcək. Məhz bu çirkli bölgüyə mane olmaq üçün bütün təbəqələri əhatə edən və partiyalar üstü xarakter daşıyan bir Böyük İraq Türkmən Məclisini yaratmalıyıq. Türkmənlər artıq öz bölgələri barəsində yerli qərarlar verməli və idarəetmə mexanizmlərində daha fəal olmalıdır".
Müxalifət.az